Allahı necə tanıyarıq?

Allahın üstün gücünü yenə kainatdakı qüsursuz yaradılış bizə göstərir. Ancaq əslində Allah bizə Özünü insanlara doğrunu göstərən rəhbər olaraq endirdiyi Quranda tanıtmışdır. Quranda Allahın bütün üstün sifətləri; ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə edən olduğu, hər şeyi eşidən və görən olduğu, göylərin, yerin və onların arasında tək sahibi, tək İlahı olduğu, mülkün tək hakimi olduğu xəbər verilmişdir.

 

Davranışlarımdan hansının Allah rizasına daha uyğun olduğunu necə anlayaram?

Ey iman gətirənlər, Allahdan qorxsanız, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)

Maddənin "əsli ilə təmasda olmamaq" nə deməkdir?

Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu vasitəsi ilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq...

Xarici dünyanın əslinə çata bilərikmi?

Xarici dünyanın əslinə heç bir zaman çata bilmərik. Həyatımız boyunca yalnız zehnimizə çatan elektrik siqnalları ilə təmasda olduğumuza görə, biz yalnız zehnimizdəki hissləri bilirik. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır.

© 2018 Design Studio 313 - Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.