Ətrafımıza baxdığımızda gördüyümüz bitkilər, heyvanlar, dənizlər, dağlar, insanlar və hətta bilmədiyimiz mikro aləmdəki canlı-cansız hər şey özlərini var edən üstün bir ağılın açıq-aşkar dəlilləridir. Eyni şəkildə bütün kainatda var olan tarazlıq, nizam, qüsursuz yaradılış yenə özlərini yoxdan var edən üstün bir elm sahibinin varlığını sübut edir. Məzh bu üstün ağılın və elmin sahibi Allahdır.
Allahın üstün gücünü yenə kainatdakı qüsursuz yaradılış bizə göstərir. Ancaq əslində Allah bizə Özünü insanlara doğrunu göstərən rəhbər olaraq endirdiyi Quranda tanıtmışdır. Quranda Allahın bütün üstün sifətləri; ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə edən olduğu, hər şeyi eşidən və görən olduğu, göylərin, yerin və onların arasında tək sahibi, tək İlahı olduğu, mülkün tək hakimi olduğu xəbər verilmişdir.
Ey iman gətirənlər, Allahdan qorxsanız, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)
Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu vasitəsi ilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq...
Xarici dünyanın əslinə heç bir zaman çata bilmərik. Həyatımız boyunca yalnız zehnimizə çatan elektrik siqnalları ilə təmasda olduğumuza görə, biz yalnız zehnimizdəki hissləri bilirik. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır.
Xarici dünyanın əslinə heç bir zaman çata bilmərik. Həyatımız boyunca yalnız zehnimizə çatan elektrik siqnalları ilə təmasda olduğumuza görə, biz yalnız zehnimizdəki hissləri bilirik. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır.
Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu vasitəsi ilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Ancaq bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar, hisslərimizin yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsir olduğunu söyləyir. Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.
Məsələn, bir meyvəni düşünək: Meyvənin dadı, qoxusu, görünüşü, sərtliyi ilə əlaqədar elektrik siqnalları sinirlərimiz vasitəsiylə beynimizə çatar və orada meyvəni meydana gətirər. Əgər beyinə çatan siqnallarda bir fasilə olsa, meyvəylə bağlı hisslər də ortadan qeyb olar. Buradan da anlayırıq ki, bizim meyvə olaraq qəbul etdiyimiz şey, əslində beynimizə çatan hisslərin toplusudur. Meyvə xaricdə vardır, ancaq biz meyvənin xaricdəki halını heç bir zaman bilmərik. Yəni, bu "hisslər toplusu" nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.
Görmə hadisəsi çox mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq seli, gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir vasitəsilə beyinin arxa hissəsindəki "görmə mərkəzi" adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü olaraq qəbul edilir. Yəni görmə əslində beyinin arxasındakı kiçik, işığın heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanır.
İnsan, "görürəm" deyərkən, əslində gözünə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynində meydana gətirdiyi "təsiri" görür. Yəni "görürəm" deyərkən, əslində beynindəki elektrik siqnallarını seyr edər.
Oxuduğunuz sayt da, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Bu həqiqət, digər duyğularımızla əldə etdiyimiz hisslər üçün də keçərlidir.
İnsanın vicdanının səsindən sonra gələn digər alternativlərin hamısı vicdanı basdırmağa çalışan "nəfsin səsi" dir. Nəfs insanı var gücü ilə doğru olandan saxlayıb, ona pis olanı etdirməyə çalışır.
Bunu çox açıq şəkildə etməyə bilər. Bir insana məqbul gələ biləcək bəzi bəhanələr irəli sürə bilər, "bundan bir şey olmaz" dedirdə bilər. Allah bu həqiqəti Quranda belə bildirir:
Ayədə də bildirildiyi kimi, insana həm pisliklər, həm də bu pisliklərdən çəkinmək ilham edilir. İnsan isə bunlardan hansına uyğun gələcəyi mövzusunda sınanar.
Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə bildirir:
Həmçinin unutmamaq lazımdır ki, ümumiyyətlə insanın ürəyində ilk duyduğu səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanının səsidir və Allahın razı olacağı rəftar ilk duyulan səsin söylədiyidir. Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.
Bir insan əlini oda uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. "Görəsən həqiqətən yanarmı?" kimi bir düşüncəyə qapılmaz. Bu adam atəşin əlini yandıracağına qəti bir məlumatla inanır deməkdir. Quran ayələrində isə "qəti olaraq iman" dan bu şəkildə bəhs edilir:
Qəti olaraq iman, yuxarıda od nümunəsində olduğu kimi qəti bir əminliklə, heç bir şübhə duymadan, o an ətrafında gördüyü, danışdığı şeylər qədər həqiqət olduğuna əmin olaraq Allahın varlığına, təkliyinə, qiyamət gününə, cənnətin və cəhənnəmin varlığına iman etmək deməkdir. Qəti məlumata əsaslanan bir iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı edəcək şəkildə keçirəcək bir vicdana yönəldir.
Olduğunuz yer nəhəng bir sel fəlakəti ilə qarşı-qarşıya qalınca nə edərsiniz? Ən üst qata çıxaraq xilas edilməyi gözləyərsiniz, yoxsa sular yüksəldikcə qatları bir-bir çıxarsınız? Ən üst qata çıxarkən yavaş davranarsınız, yoxsa var gücünüzlə yuxarıya çatmağa çalışarsınız? Belə bir anda insanı xilas edəcək alternativlərdən ən sürətli nəticəyə çatdıracaq olanı seçmək heç şübhəsiz ki, ən ağıllı davranışdır. Bunun əksinə, bir seçim düşünülə bilməz. İnsan olduqca ən sürətli şəkildə ən üst qata çıxaraq bu işdə ən çox edə biləcəyini etmiş deməkdir. Məhz bu, "ən çoxunu seçmək" dir.
Mömin də əlindəki hər cür maddi və mənəvi imkanını, həyatının hər saatını, hətta hər saniyəsini Allahın razılığına uyğun bir şəkildə qiymətləndirər. Bunu edərkən qarşısına çıxan alternativlər arasında bir seçim etmək vəziyyətində qalsa, ağıl və vicdan istifadə edərək hərəkət edər. yəni Allahın razı olacağı şəkildə davranar. Bu şəkildə Allahın rizasının ən çoxuna uyğun hərəkət etmiş olar. Allahın rizasını güdərək bir iş etmək, Allahın razılığının ən çoxuna uyğun hərəkət etməkdir. Allah Quranda belə bildirmişdir:
İnsanın əvvəlcə Allahın tək ilah olduğunu, bütün gücün Ona aid olduğunu, Ondan başqa heç bir varlığın zərər və ya fayda təmin etməyə gücü çatmayacağını ürəkdən təsdiq etməsi lazımdır. Bu həqiqətləri qəti olaraq təsdiq edən insan, artıq yalnız Allaha qulluq edir və Ona heç bir şeyi ortaq qoşmur. Allah insanlara şirkdən xilas olmaq üçün tamamilə Özünə yönəlmələri lazım olduğunu söyləmişdir:
Şirkdən təmizlənib, yalnız Allaha yönələn insanın yaşadığı əsaslı dəyişiklik, əvvəlcə ürəyində meydana gələr. Şirkdən xilas olan adam tamamilə fərqli bir dünyagörüşünə və məntiqə sahib olar. Əvvəllər öz istək və ehtiraslarına, ya da bəzi cahillik qaydalarına görə davam etdirdiyi həyatını artıq yalnız Allahın razılığına və məmnuniyyətinə görə davam etdirər.
"Bütləşdirmək" xalq arasında yalnız bəzi heykəllərə ibadət mənasıyla bilinir. Halbuki, bu anlayışın çox daha geniş bir mənası vardır və yalnız keçmiş dövrlərə aid deyil. Hər dövrdə Allaha şirk qoşan və başqa ilahlar qəbul edən, bütlərə tapınan cahil insanlar olmuşdur. Bir şeyi özünə bütləşdirmək insanın mütləq bütləşdirdiyi şey üçün "bu bir ilahdır, mən buna pərəstiş edirəm" deməsi və ya o varlığın qarşısında səcdə etməsi lazım deyil.
Bütləşdirmənin təməlində insanın, bir şeyi və ya bir kimsəni Allahdan üstün tutma səhvinə düşməsi durar. Buna nümunə olaraq da, bir kimsənin razılığını Allahın məmnuniyyətindən üstün tutması, bir kimsədən Allahdan qorxan kimi qorxmağı, ya da onu Allahı sevərcəsinə sevməyi verə bilərik.
Quranda Allah, insanların Allaha şərik qoşduqları bütlərin onlara bir fayda təmin edə bilməyəcəkləri belə bildirir:
Şirk, bir insanı, ya da hər hansı bir varlığı, bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə, üstün tutma baxımından Allahla bərabər və ya daha irəli səviyyədə görmək və bu səhv dünyagörüşüylə hərəkət etmək deməkdir. Allah Quranda bu vəziyyəti "Allahdan başqa ilah etmək" kimi müəyyən edər. Bir başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir. Allah Quranda şirkin bağışlanılmayacağını xəbər vermişdir:
Quran əxlaqını yaşayan insanların olduğu cəmiyyətlərdə, iş yerlərində də qarşılıqlı anlayış, əməkdaşlıq və ədalət mühiti olar. İş sahibləri işçilərinin sağlamlıqları ilə məşğul olar, iş görülən mühiti sağlamlıq şərtlərinə ən uyğun hala gətirər. Çox uzun müddət eyni mühitdə olacaqlarını düşünərək estetik və gözə xoş gələn məkanlar hazırlayar. Əməklərinin tam qarşılığını verər. Hər hansı bir işçisini qətiyyən zərər çəkmiş vəziyyətdə buraxmaz. Hər birinin ailəsinin həyat şərtlərindən xəbərdar olar. Son dərəcə vicdanlı davranaraq, onların hamiliyini boynuna götürər. Güclünün zəifi əzdiyi bir mühit əsla meydana gəlməz. Dedi-qodu, müvəffəqiyyətli birini qısqanaraq onun müvəffəqiyyətinə maneə olma kimi qeyri-əxlaqi rəftarlara da rast gəlinməz. İşçilərlə işə götürən arasında mənfəətə və bir-birini aldatmağa deyil, əməkdaşlıq və güvənə əsaslanan bir əlaqə olar. İşləyən insan iş yerinin hər cür mənfəətini güdər, "necə olsa pulunu müdir verir" deyərək israf etməz, edə biləcəyinin ən yaxşısını edər. Amma bu gözəl əxlaqından ötrü də zərər çəkmiş vəziyyətdə qalmaz, müdiri tərəfindən himayə edilər.
Hər şeydən əvvəl Quran əxlaqını yaşamaq, uşaqlara və gənclərə yetkinlik, ağıl, əsil sevinc, rahatlıq və hüzur gətirər. Bəzi cəmiyyətlərdə gənclər arasında yayılmış olan, hissiz, laqeyd xarakter Qurana tabe olan gənclərdə görülməz. Son dərəcə mülayim, itaətli, geniş düşünən, fədakar, yaradıcı bir nəsil meydana gələr. Gəncliyin dinamizmi, həyəcanı, fədakarlığı həmişə xeyirli işlərə yönəldilər. Əhəmiyyətli bir iş və ağıl gücü meydana gələr. Belə bir mühitdə tələbələr yalnız sinif keçmək və ya cəzadan xilas olmaq üçün deyil, zövqlə və istəyərək dövlətə və millətə fayda gətirmək üçün təhsillərinə son dərəcə əhəmiyyət verərlər.
Məktəblərdə intizam hadisələri tamamilə ortadan qalxar. Çox dinc, konstruktiv və məhsuldar bir təhsil mühiti meydana gələr. Müəllimlər və şagirdlər arasında itaətə, hörmət və tolerantlığa əsaslanan bir əməkdaşlıq meydana gələr. Həmçinin tələbələr dövlətə, polisə qarşı da son dərəcə hörmətli və itaətkar olarlar, indiki vaxtda tez-tez qarşılaşılan şagirdlər arasında baş verən hadisələr heç yaşanmaz. Çünki belə bir şeyi tələb edən mühit meydana gəlməz.
Quran əxlaqına tabe olan insanlar bir-birlərinə dəyər verir və bir-birlərini hər istiqamətdən gözəl və estetik bir mühitdə yaşatmağa çalışırlar. Cənnətə duyulan həsrətdən ötrü dünya şərtlərindən maksimum istifadə edərək ən gözəl, ən təmiz, gözə, qulağa və bütün duyğulara ən gözəl şəkildə xitab edən mühitlər yaradılır. Bu səbəblə, incəsənət və estetika hər istiqamətdən çox inkişaf edər.
Dindar bir insanın vicdanı da təmizdir və bu səbəblə, ağlının üzərində hər hansı bir təzyiq olmaz, çox geniş düşünərək ortaya gözəl və unikal, təqliddən uzaq əsərlər çıxarar. Həmçinin, digər dindar insanları da məmnun etmək, onlara gözəlliklər təqdim etmək istəyi ilə işləyən insanlar, səmimi və şövqlü olarlar.
Allah Quranda itaət etməyi məqbul bir əxlaq olaraq göstərir. Quran əxlaqına sahib bir insan da qəti olaraq dövlətinə qarşı itaətli və hörmətli olar. Belə cəmiyyətlərdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə maddi və mənəvi dəstək təmin edər.
Allahdan qorxan insanların meydana gətirdiyi cəmiyyətlərdə məhkəməlik hadisələr demək olar ki, heç olmaz. İndiki cəmiyyətlərdə yaşanan hadisələrin mində biri belə yaşanmaz.
Dövlət rəhbərliyi çox rahatlayar. Anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmaq məcburiyyətində qalmayacağı üçün dövlətin bütün gücü ölkənin daxildə və xaricdə inkişafı və güclənməsi üçün sərf edilər. Bunun nəticəsində də çox güclü bir dövlət yaranar.
Quran əxlaqında ana və ataya qarşı hörmət vardır. Allah Quranda belə bildirir:
Quran əxlaqının yaşandığı bir evdə dava, narahatlıq, dolanışıqsızlıq olmaz. Anaya, ataya və digər ailə fərdlərinə qarşı son dərəcə hörmətli bir rəftar göstərilər. Hər zaman müjdəli və sevincli bir mühitdə yaşanar.
Quran əxlaqı, gözəl əxlaqın dərin, mənəviyyatlı, hüzur və güvən dolu mühitini meydana gətirər. Dövlətə və millətə böyük zərərlər verən anarxiya bəlası qəti olaraq son tapar. Çünki insanlar Allahdan qorxar, itaətsizlikdən, fitnə-fəsad törətməkdən şiddətlə çəkinərlər. Həmçinin, mənəvi dəyərlərə sahib kəslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlığı etməkdən çəkinməzlər. Bu əxlaqdakı insanlar daima ölkənin rifahı və xoşbəxtliyi üçün çalışarlar.
Quran əxlaqının yaşandığı bir cəmiyyətdə insanlar, bir-birlərinə qarşı son dərəcə hörmətli olar və hər kəs bir-birinin rahatlığını və təhlükəsizliyini qoruyar. Çünki İslam əxlaqında həmrəylik, birlik və bərabərlik çox əhəmiyyətlidir. Hər insan özündən əvvəl digər insanların rahatlığını və mənfəətini düşünməlidir. Quranda möminlərin bu əxlaqı belə bildirilir:
Allah qorxusu ilə hərəkət edilən belə bir mühitdə hər kəs cəmiyyətin rifahı üçün çalışar, israf edilməz, həmrəylik, əməkdaşlıq və qarşılıqlı bir-birinin mənfəətini güdmə olar və bunun sayəsində də rifah səviyyəsi yüksək olan, zəngin bir cəmiyyət meydana gələr.
Belə bir cəmiyyətdə maddi istiqamətdən zənginliklə yanaşı, mənəvi istiqamətdən də zənginlik yaşanar. İnsanların hadisələr qarşısında meydana gətirdikləri qarışıqlıq halı, üsyankar rəftarlar tamamilə ortadan qalxar. Hər kəs təvəkküllü davranar və hər problemə ağıllı həll yolları gətirilər, hər hadisə sükunətlə həll edilər. Daim hüzur mühiti içində olan bir həyat davam etdirilər. Sevinc, səmimiyyət, sevgi, dostluq və qardaşlıq içində yaşanar.
Dinsiz bir mühitdə əvvəlcə ailə anlayışı ortadan qalxar. Ailəni meydana gətirən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə yox olar. Unudulmamalıdır ki, ailə, cəmiyyətin təməlidir və əgər ailə çöksə cəmiyyət də çökər. Bu səbəbdən, dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti meydana gətirən bütün mənəvi dəyərlər yıxılmış olar.
Həmçinin, dinsiz cəmiyyətlərdə kimsənin kimsəyə hörmət, sevgi və mərhəmət duyğuları duyması üçün bir səbəb qalmaz. Bunun nəticəsində isə ictimai anarxiya meydana gələr. Zənginlər kasıblara, kasıblar zənginlərə kinli olar, şikəst və ya möhtac olanlara qarşı qəzəb meydana gələr. Fərqli qövmlərə qarşı təcavüzkar olar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata oğula, oğul ataya qarşı təcavüzkarlaşar.
Daima qan tökülməsinin, bəzi ölkələrdəki daima gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə hər gün gözünü qırpmadan və çox adi səbəblərlə bir-birlərini öldürən şəxslərin xəbərləri verilir.
Halbuki, axirətdə hesabını verəcəyini bilən bir insan, silahı başqa bir insanın üzünə istiqamətləndirib onu öldürə bilməz. Allahdan qorxar və pis haqq-hesabdan çəkinər. Allah insanları fəsad törətməkdən Quranda belə məhrum etmişdir:
İntiharların bu qədər yayılmasının təməlində də dinsizlik vardır. İntihar edən əslində cinayət işləmiş olur.
Amma Qurana bağlı bir insan bunu qətiyyən etməz, belə bir düşüncəni bir an olsun ağlından belə keçirməz. İnanan bir insan ancaq Allah rizası üçün yaşayar və Allahın özünə dünyada verdiyi hər cür çətinlik və sıxıntı qarşısında səbir edər. Və bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat çox alacağını unutmaz.
Dinsiz cəmiyyətlərdə oğurluq da çox geniş yayılar. Oğurluq edən adam əşyasını oğurladığı adama necə bir əziyyət verdiyini düşünməz. Qarşısındakı adamın 10 illik əməyini 1 gecədə alıb gedər, o adamın nə qədər zərər çəkmiş olacağını heç nəzərə almaz. Qarşısındakı adama acı verdiyi kimi özü də vicdan əzabı ilə acı çəkər. Əgər vicdan əzabı çəkmirsə bu, onun üçün daha da pisdir. Çünki belə bir insan hər cür əxlaqsızlıq edəcək bir halda deməkdir.
Dinsiz cəmiyyətlərdə qonaq qarşılama, insanların bir-birləri üçün fədakarlıqlar etmələri, həmrəylik, əliaçıqlıq kimi dəyərlər tamamilə ortadan qalxar. Hər şeydən əvvəl insanlar bir-birlərinə insan olaraq dəyər verməzlər, çünki bir-birlərini guya meymundan təkamülləşmiş varlıqlar olaraq görərlər. Bir insan, meymundan təkamül keçirdiyini düşündüyü bir insana xidmət etməz, onu qonaq etməz, ona gözəlliklər təqdim etmək istəməz. Bu düşüncəli insanlar bir-birlərinə dəyər verməzlər. Kimsə kimsənin sağlamlığını, dincliyini, rahatlığını düşünməz. İnsanlara bir zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz. Məsələn, xəstəxanalarda ölmək üzrə olan insanlar xərəyə uzun müddət buraxılar, onlarla heç maraqlanan olmaz. Və ya son dərəcə sağlam olmayan və natəmiz şərtlər altında işlədilən bir restoranın sahibi, orada yemək yeyən insanların sağlamlığına verəcəyi zərəri fikirləşməz. Ancaq öz qazanacağı pulun dərdinə düşər. Bunlar gündəlik həyatda tez-tez qarşılaşılan bir neçə nümunədir. Burada əhəmiyyətli olan məntiq, insanların ancaq bir mənfəət qarşılığında bir-birlərinə yaxşı davranmağa yanaşmalarıdır. Halbuki, Quran əxlaqında insanlar bir-birlərinə Allahın qulu olaraq dəyər verirlər. Yaxşılıq etmək üçün mənfəət nəzərə almadan, əksinə həmişə yaxşı işlər görüb xeyir işlərdə yarışaraq Allahın razılığını qazanmağa çalışırlar.
Din olmayan cəmiyyətlərdə insanlar hər cür əxlaqsızlığa meyilli vəziyyətə gəlirlər. Məsələn, dindar bir insan axirətdə hesabını verəcəyini bildiyi üçün qətiyyən rüşvət almaz, qumar oynamaz, qısqanclıq etməz, yalan danışmaz. Amma dinsiz bir insan bunların hamısını etməyə meyillidir. Bir insanın "mən dinsizəm, amma rüşvət almıram" və ya "mən dinsizəm, amma qumar da oynamıram" deməsi kafi olmaz. Çünki Allah qorxusu olmayan və axirətdə hesab verəcəyinə inanmayan bir insan, mühit və ya şərtlər dəyişdiyində bunlardan hər hansı birini asanlıqla edə bilər. "Dinsizəm, amma fahişəlik etmirəm" deyən bir insan fahişəliyin normal qarşılandığı bir yerdə fahişəlik edə bilər. Və ya rüşvət almadığını söyləyən bir insan əgər Allahdan qorxmursa "oğlum xəstədir, ölmək üzrədir, onun üçün rüşvət almaq məcburiyyətindəyəm" deyə bilər. Dinsizlikdə oğurluq belə bəzi mühitlərdə qanuni görülə bilər. Məsələn, belə kəslər özlərinə otellərdən, əyləncə yerlərindən dəsmal və ya dekorativ əşyalar almağı oğurluq saymaya bilərlər.
Halbuki, dindar bir insan belə bir əxlaqsızlıq göstərməz. Çünki Allahdan qorxar və Allahın, niyyətini də, düşüncələrini də bildiyini unutmaz, səmimi davranar və günahdan uzaq durar.
Dindən uzaq bir insan "Dinsizəm amma, bağışlayanam, intiqam və ya kin hissi duymaram" deyə bilər. Amma bir gün elə bir hadisə olar ki, hövsələdən çıxar və ən gözlənilməyəcək rəftarı göstərər. Bir insanı öldürməyə, yaralamağa çalışar. Çünki üzərində daşıdığı əxlaq, mühitlərə, şərtlərə, yaşanılan yerə görə dəyişən bir əxlaqdır.
Halbuki, Allaha və axirətə inanan bir adam şərtlər və şərait nə olursa olsun, gözəl əxlaq göstərməkdən qətiyyən güzəştə getməz. Əxlaqı "dəyişən" deyil, "sabit" olar. Allah dindar insanların üstün əxlaqını ayələri ilə xəbər vermişdir:
Allaha inanan və Ona itaət edən insanlar, həyatlarını Allahın Qurandakı tövsiyələrinə uyğun olaraq təşkil edərlər. Din əxlaqını yaşayan insan vicdanının göstərdiyi doğrulara uyaraq həyatını davam etdirər və içindəki mənfi səs olan nəfsinin pis olaraq əmr etdiyi hər şeydən imtina edər. Allah insanları dini yaşamaq fitrəti ilə yaratdığını da Quranda belə bildirir:
Allahın varlığına inanan bir insanın ilk etməli olduğu, özünə bir "heç ikən" can verən, yaşadan, yedizdirən, içizdirən, can sağlığı verən Yaradıcımız olan Allahın əmrlərini, məmnun olacağı şeyləri öyrənmək olmalıdır. Daha sonra da bütün həyatını Allahın əmrlərinə tabe olaraq və Allahın razılığını axtararaq keçirməlidir. Allahın razı olacağı əxlaqı, davranışları və həyat formasını bizə göstərən isə dindir. Allah Quranda dinə uyan insanların doğru bir yol üzərində olacaqlarını, digərlərinin isə azğınlığa düşəcəklərini xəbər vermişdir:
Allaha qulluq etmək, insanın bütün həyatını Allahın məmnuniyyətini, razılığını qazanmaq məqsədiylə davam etdirməsidir. Etdiyi hər işi Allahın razı olacağı ən gözəl şəkildə yerinə yetirməyə çalışması, yalnız Allahdan qorxub çəkinməsi və bütün düşüncələrini, sözlərini, hərəkətlərini bu məqsəd istiqamətində etməsidir. Allah Quranda yalnız Özünə qulluq etmənin insanın bütün həyatını əhatə etdiyinə bu ayəsiylə diqqət çəkmişdir:
Allah dünyada Özünə iman edənlərlə etməyənləri bir-birindən ayırmaq və iman edənlərdən də hansının daha gözəl davranışlarda olacağını müəyyən etmək üçün insanları sınayar. Buna görə bir insanın "mən iman etdim" deməsi kafi deyil. İnsanın yaşadığı müddət boyunca, Allaha olan imanı və bağlılığı, dindəki qərarlılığı qısacası, Allaha qulluqdakı səbri xüsusi olaraq yaradılan şərt və mühitlərdə sınanar. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Yaradılış məqsədimizi Allah bizlərə Quranda belə bildirir:
Bu ayədə bizə xəbər verildiyi kimi, insanın yer üzündə mövcudluq məqsədi yalnız Allaha qulluq etmək, Ona ibadət etmək, Onun razılığını qazanmaqdır. İnsan dünyada olduğu müddət ərzində bu mövzuda sınanar.
Allahın üstün gücünü yenə kainatdakı qüsursuz yaradılış bizə göstərir. Ancaq əslində Allah bizə Özünü insanlara doğrunu göstərən rəhbər olaraq endirdiyi Quranda tanıtmışdır. Quranda Allahın bütün üstün sifətləri; ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə edən olduğu, hər şeyi eşidən və görən olduğu, göylərin, yerin və onların arasında tək sahibi, tək İlahı olduğu, mülkün tək hakimi olduğu xəbər verilmişdir.
Ətrafımıza baxdığımızda gördüyümüz bitkilər, heyvanlar, dənizlər, dağlar, insanlar və hətta bilmədiyimiz mikro aləmdəki canlı-cansız hər şey özlərini var edən üstün bir ağılın açıq-aşkar dəlilləridir. Eyni şəkildə bütün kainatda var olan tarazlıq, nizam, qüsursuz yaradılış yenə özlərini yoxdan var edən üstün bir elm sahibinin varlığını sübut edir. Məzh bu üstün ağılın və elmin sahibi Allahdır.
Biz Allahın varlığını, yaratdığı qüsursuz sistemlər, canlı-cansız varlıqların heyranedici xüsusiyyətlərindən anlayırıq. Bu qüsursuzluğa Quranda da diqqət çəkilmişdir:
© 2018 Design Studio 313 - Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.