Qiyaməti o günə qədər yaşamış hər kəs görəcək, yoxsa yalnız o an yaşayanlar görəcək?

Qiyamət Surun üfürülməsiylə birlikdə başlayır. Böyük bir sarsıntı və qulaqları partladarcasına gələn bir gurultuyla birlikdə yer üzündəki bütün insanlar qorxunc bir fəlakətlə qarşılaşacaqlarını anlayarlar.

Hesab günündə insanlar bir-birlərinin günahlarını yüklənə bilərmi?

Allah Quranda bizə, hesab günündə hər kəsin öz etdiklərindən sorğuya çəkiləcəyini bildirmişdir. Dünyada etmiş olduqları, hər kəsə tək-tək göstəriləcək və Allahın icazəsi istisna olmaqla heç kim digərinə kömək edə bilməyəcək.

Bir insan axirətdə həqiqətləri gördüyündə, etdiklərini düzəltmək istəsə belə bir imkanı ola bilərmi?

O gün heç bir şey üçün bərpa etmə imkanı yoxdur. Ölümdən sonra iman etmək heç kimə qurtuluş verməyəcək. İnkarçılar ayələrdə də bildirildiyi üzrə hesab günündə özlərindən hər istəniləni etmək üçün yalvaracaqlar, ancaq onlardan artıq heç bir şey qəbul olunmaz.

© 2018 Design Studio 313 - Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.